25 noyabr 2022 Tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində Azerbaijan Trading Academy ilə birgə “Birja və Maliyyə Bazarlarında ticarət” adlı seminar keçirilmişdir.Seminarda fakültə dekanı dosent Elnur Əliyev, Azerbaijan Trading Academy- nin rəhbəri Fərid Cabbarov, icraçı direktoru Qurban Abbasov və təlimçi Əmrah Əhmədov tərəfindən tələbələrə Birja və maliyyə sahələrində yeni iş imkanları ilə bağlı məlumat verilmişdir. Sonda tələbələrin sualları cavablandırılmışdır.