loader image

Dia.edu.az

DİA-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan tədbir keçirilib

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov YAP-ın yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edərək, ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP-ın əldə etdiyi uğurlardan haqqında danışıb. Dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına mühüm töhfələr verən YAP-ın qısa müddətdə hakim partiyaya çevrilməsinin əsasında xalqın ulu öndərə sevgisinin və inamının dayandığını bildirib. Rektor Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi uğurlu yola nəzər salıb, dövlətimizin suverenliyi uğrunda mübarizədə verdiyi töhfələrdən, əldə etdiyi nailiyyətlərdən söhbət açıb. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının xalqımızın müstəqilliyi naminə mübarizəsində layiqli aparıcı siyasi qüvvə olduğunu vurğulayıb. Rektor U.Ələkbərov Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını vurğulayıb. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən söz açıb. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək, ölkəmizin inkişafı və formalaşmasında misilsiz rol oynadığını, partiyanın irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarların dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət etdiyini vurğulayıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının daha da inkişaf etdiyini diqqətə çatdırıb. Vətən müharibəsində əldə olunan parlaq qələbənin partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirən A.Mirzəzadə, YAP-ın dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi ilə öz üzərinə düşən vəzifələri layiqincə davam etdirdiyini bildirib. Ulu öndər Heydər Əliyevin partiyanın qurulmasında və möhkəmlənməsində göstərdiyi fədakarlıqlardan, qarşıya çıxan maneələri cəsarətlə dəf etməsindən danışıb. Bildirilib ki, partiyada hər zaman mənəvi və humanist dəyərlər yüksək tutulub, gənclərə diqqət və qayğı ilə yanaşılıb. Tədbirin sonunda YAP ərazi təşkilatınn sədri prof. Elçin Əhmədov ictimai fəallığı yüksək olan bəzi üzvlərin adlarını oxuyub və onlara YAP Səbail rayon təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.