Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının təşəbbüsü ilə Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbələri 20.12.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsində olmuşlar. Tələbələr idarənin əməkdaşları tərəfindən oxunan mühazirədə müxtəlif vətəndaşlıq aktlarının qeydiyyatı haqqında nəzəri və praktiki məlumatlar əldə etmiş, şəxsin ad və soyadının dəyişdirilməsi ilə bağlı proseduru icra etmişlər.
Daha sonra tələbələr ölkədəki ən geniş istifadə olunan arxivlə tanış olmuşlar. İdarənin əməkdaşları tərəfindən ölüm və doğum haqqında qeyd-aktlarla və informasiya sistemi ilə əyani tanış olmaq üçün şərait yaradılmışdır. Beləliklə, hüquq tələbələri nəzəriyyədə öyrəndikləri bilikləri dərinləşdirərək, əyani şəkildə tətbiqinin icrasında iştirak etmişlər.
Tədbir zamanı hüquq elminin, təhsilin mühüm rolundan danışılıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Qeyd edilib ki, DİA-nın Hüquq fakültəsi tələbələrinin, gənc hüquqşünasların təcrübə keçdikləri qurumlarda onlara daim dəstək veriləcək.