loader image

Dia.edu.az

Yüksəkmədəniyyətli insanlarin və rəqabətqabliyyətli insan kapitalinin formalaşmasi və inkişafina kulturoloji açar. “Mədəniyyət dünyani xilas edəcək” monoqrafiyasi ərəb dilində nəşr olunub

9 yanvar 2023-cü ildə “Mədəniyyət dünyanı xilas edəcək!” kulturoloji monoqrafiyası ilk dəfə ərəb dilində nəşr olunmuşdur. Bu, Sivilizasiyalar Dialoqu Açıq Universitetinin və Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının birgə əməyinin məhsuludur. Monoqrafiyanın müəllifləri tanınmış kulturoloq alimlər – Rusiya Təhsil Akademiyasının akademiki, “Sivilizasiyalar Dialoqu” Açıq Universitetinin prezidenti professor Suheyl Fərah və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovdur. YUNESKO-nun 75 illiyinə həsr olunmuş monoqrafiya Dəməşqdə Suriya Mədəniyyət Naz- irliyinin nəzdindəki Suriya Milli Kitab Assosiasiyası tərəfindən tanınmış ərəb tərcüməçi doktor Muhamməd Kadjunun tərcüməsində, 647 səhifə həcmində nəşr edilib. Kitabda ruhi mədəniyyətin strukturunu və funksiyalarını, mahiyyəti və xüsusiyyətlərini əks etdirən sistemli kulturoloji təhlili verilib. Burada mədəniyyətin əsas sosial fenomen kimi dəyəri özünü göstərir, insanı heyvadan fərqləndirən, qədim zamanlardan bizim günümüzə kimi insan həyatının saxlanmasına və yaxşılaşmasına səbəb olan, yüksək mədəniyyətli insanın mənəvi ink- işafının formalaşması texnologiyaları təsvir olunur. Monoqrafiya, mədəniyyəti sosial sistem kimi dəyərləndirməyə, insanların yaşadıqları ölk- ələrdən asılı olmayaraq xalqların kulturogenez mexanizmlərini və mədəni inkişafının obyektiv amillərini anlamağa kömək edən çox sayda innovativ kulturoloji konsepsiyaları və formulları özündə cəmləşdirir. Onda mədəniyyətin düzgün anlaşılmasına, intellektual və etik mədəniyyət dəyərlərinə, həmçinin mədəniyyətin ayrılmaz hissəsinə – insanın zehni əməyinin nəticələrinin ma- teriallaşmasını nəzərdə tutan, maddi mədəniyyətin predmetlərini istehsal edən iqtisadiyyata xüsusi yer ayrılıb. Ayrı-ayrı başlıqlar və paraqraflar ailə mədəniyyəti, dini mədəniyyət, sülh və münaqişələrin həlli mədəniyyəti məsələlərinə, Şərqin və Qərbin mədəni inkişaf xüsusiyyətlərinə, habelə xarici ölkələrin dövlət idarəetməsi və sosial idarəetmə mədəniyyətinin inkişafındakı təcrübəsinə həsr olunmuşdur. Kitabda BMT və YUNESKO – nun dünya mədəniyyətinin humanistləşməsinə təkan verəcək yeni siyasəti öz əksini tapıb. Burada milli və beynəlxalq idarəetmədə böhran hallarının aeadan qaldırılmasına yönəldilmiş yanaşmalar, bəşəriyyətin humanitsar təhlükəsizliyinin təminatına hədəflənmiş mədəniyyətlərarası dialoqun texnologiyaları təsvir edilib. Əsər son dərəcə aktualdır və çox sayda alimlərin, pedaqoqların və mütəxəssislərin, geniş oxucu kütləsinin, müxtəlif ölkələrdən olan gənclərin stolüstü kitabına çevrilə bilər. Monoqrafiyada mədəniyyət və onun davamlı insan inkişafı üçün qeyri-məhdud dəyişdirici imkanlarından söhbət açılır, qloballaşmanın bir sıra çağırışları nəzərdən keçirilir. Monoqrafiyanın praktiki dəyəri onunla şərtlənib ki, o, şəxsiyyətin özünü tək- milləşdirilməsinə, özünü təhsilinə, özünüdərkinə, özünü tərbiyəsinə və özünü idarəetməsinə kpmək edir ki, bütün bu sadalananlar da dünyada insan kapitalının inkişafı və yüksək mədəniyyətli insanların yetişməsi üçün çox mühüm əhəmiyyət daşıyır. Monoqrafiya həmfikirlərimiz, Azərbaycanın böyük dostları – RF Tatarıstan Respublikasının gprkəmlo alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. “Mədəniyyət dünyanı xilas edəcək!” monoqrafiyasının hazırlanması zamanı onlarla gərəkli elmi məsləhətləşmələr aparılmışdır. Onlar kulturologiya, sülh mədəniyyəti, ədliyyə və digər humanitar və sosial elm sahələri üzrə öz funda- mental əsərləri ilə dünyada yaxşı tanınan şəxslər – Dünya Mədəniyyət İnstitutunun (YUNESKO) rektoru və akademiki, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, “Si- murq” AMA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Engel Rizakoviç Tahirov və “Böyük Volqa Yolu” Beynəlxalq ictimai təşkilatının prezidenti, hüquq elmləri doktoru, professor Maksim Valentinoviç Andreyevdir. “Mədəniyyət dünyani xilas edəcək” monoqrafiyasının elmi və praktiki dəyəri onunla bağlıdır ki bu, ensiklopedik xarakteri daşıyan fundamental əsər, universal kulturoloji biliklərin toplusu kimi, yüksəkmədəniyyətli insanlarin və rəqabətqabliyyətli insan kapitalinin formalaşmasi və ink- işafina kulturoloji açar kimi bütün dünyada istifadə oluna bilər.