loader image

Dia.edu.az

“Dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi” – ixtisasartırma təlimi
1679061175855034719_1000x669
16790611756188142715_1000x669
16790611755473843050_1000x669
16790611754268656176_1000x669
1679061175372879637_1000x669
16790611753599452442_1000x669
16790611752994543506_1000x669
16790611752510464209_1000x669
1679061175855034719_1000x669
16790611756188142715_1000x669
16790611755473843050_1000x669
16790611754268656176_1000x669
1679061175372879637_1000x669
16790611753599452442_1000x669
16790611752994543506_1000x669
16790611752510464209_1000x669

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fevralın 27-dən martın 16-dək yerli icra hakimiyyətlərinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbələrinin müdirləri və əməkdaşları üçün “Dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi” adlı onlayn ixtisasartırma təlimi keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən təşkil olunub. Üçhəftəlik nəzərdə tutulan təlim zamanı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində Heydər Əliyevin kadr siyasəti” mövzusunda çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışan rektor yüksək səviyyəli mütəxəssis hazırlığı, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi üçün atılan addımlara toxunaraq, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlığın daha bir nümunəsi kimi təşkil edilmiş ixtisasartırma kursunun müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb. Təlimin ikinci günü “İnsan resurslarının idarə edilməsində rollar” mövzusunda DİA-nın tədris şöbəsinin müdiri, Dövlət qulluğu və kadr siyasəti kafedrasının professoru Ziyafət Həbibova və həmin kafedranın müəllimi Ayan Büniyatzadə tərəfindən mühazirə oxunub. Mühazirəçilər insan resurslarının idarə olunmasının inkişaf mərhələlərindən və kouçinq sistemindən bəhs ediblər. Növbəti təlim Test və imtahanlar şöbəsində məsləhətçi Vüsalə Kərimova tərəfindən “İş fəaliyyətinin idarə olunması və qiymətləndirilməsi” mövzusunda təşkil olunub. V.Kərimova dövlət strukturlarında iş fəaliyyətinin idarə olunma prosesini və bu sahədə nümunəvi idarəetmə sisteminin prinsiplərinə dair bilikləri iştirakçılarla bölüşüb, hədəflərin qoyulması və iş prosesinin qiymətləndirilməsi metodlarının şərhini verib. Təlimin 4-cü günündə DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli “İnsan resurslarının idarə edilməsində liderlik bacarıqları” mövzusunda çıxış edib. Mühazirəçi liderin güclü tərəfləri, funksiyaları, uğurlu komandalar yaratmaq üçün konstruktor bloklardan istifadənin önəmi haqqında iştirakçıları məlumatlandırıb. Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi kafedrasının müəllimi Ülfət Mehdiyev “Təşkilat daxilində insan kapitalının inkişafı üçün zəruri mühitin yaradılması”, Azərbaycan Dövlət İqtisad Universiteti, Biznes Məktəbinin müəllimi Mətanət Məmmədzadə “Mükafatlandırmanın idarə edilməsi” mövzularında mühazirə deyiblər. İxtisasartırma təlimi həftədə iki dəfə olmaqla 3 həftə davam edib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.