loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov “Ruhi mədəniyyət və bəşəriyyətin gələcəyi” mövzusunda beynəlxalq konfransda çıxış edib

16-20 aprel 2023-cü il tarixlərində Sankt-Peterburqun Tavrik sarayında “Xalq təhsili – XXI əsr” II Ümumrusiya Forumu keçirilmişdir. Forumun işində MDB ölkələrinin dəyər yönümlü təhsil, elm, mədəniyyət, siyasət və biznesin mindən çox görkəmli xadimi iştirak edib. Forumun təşkilatçıları: “Gələcəyə Körpülər” Təhsilin Dirçəlişi və İnkişafı Fondu, A.F.Koni Müəllimin Peşəkar İnkişafı Beynəlxalq İnstitutu, Tarixi İrsin Dəstəklənməsi və İnkişafı Fondu, İnter- MDB-yə üzv dövlətlərin Parlament Assambleyası, Roskonqres Fondu, Strateji Təşəbbüslər Agentliyi, Sankt-Peterburq hökumətidir. Forumин əsas məqsədlərindən biri – Rusiya Federasiyası Prezidentinin 25 yanvar 2023-cü il tarixli 35 nömrəli “Dövlət mədəniyyət siyasətinin əsaslarına dəyişikliklər edilməsi haqqında” Fərmanının həyata keçirilməsi üçün praktiki tədbirlərin müzakirəsi olmuşdur. 2023-cü ildə Sankt-Peterburqa Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtının rəsmi statusunun verilməsi ilə əlaqədar Tavrik sarayında MDB dövlətləri müəllimlərin beynəlxalq iştirakı ilə, Forumun keçirilməsi ilin əsas hadisəsi oldu. Forumda “Ruhi mədəniyyət və bəşəriyyətin gələcəyi” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Fuad Məmmədov və tanınmış xeyriyyəçi Teyfur Heybətov məruzə ilə iştirak ediblər. Məruzədə mədəniyyət fenomeninin kreativ imkanlarını məhtudlaşdıran, onu, əsassız olaraq, yalnız ədəbiyyat, incəsənət, mədəni irs, etika, əxlaq, adət-ənənələr kimi, cəmiyyətin “bir hissəsi” və iqtisadiyyat üzərində “üstqurum” kimi dar mənada dərk etməkdən imtina etmək zərurəti elmi cəhətdən əsaslandırılmışdır. İnsanların şüurunda, mədəniyyətin mahiyyətini və onun xalqların həyat səviyyəsini, cəmiyyətlərin və dövlətlərin həyat qabiliyyətini yüksəltmək və yaxşılaşdırmaq üçün, onun nəhəng transformasiya potensialını dərk etmələrində inqilabi dəyişikliklərin zəruriliyi vurğulanmışdır. Yaponiyada Meydzi mədəni inqilabı, digər dövlətlərin uğurlu inkişafı təcrübəsindən qidalanaraq, sivilizasiya böhranı və qloballaşmanın çağırışları şəraitində, dövlətin davamlı, rəqabətli və təhlükəsiz inkişafının əsası olan, bəşəriyyətin ruhi mədəniyyətinin strateji flaqmanları – elmin, təhsilin və maarifin qabaqlayıcı inkişafının təmin olunması əsasında, postsovet ölkələrində yeni sosial-mədəni siyasətin formalaşdırılmasının aktuallığı qeyd olunmuşdır. Azərbaycanlı iştirakçıların məruzəsi Forum iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdir. Forum çərçivəsində professor Fuad Məmmədov həmçinin Brahma Kumaris Dünya Ruh Universitetinin Sankt-Peterburq filialının qonağı olub. Rektor xanım Didi Santoş ilə fikir mübadiləsi aparılmışdır. “Simurq” AMA ilə Brahma Kumaris arasında əməkdaşlığa dair saziş qəbul edilib, ona əsasən professor Fuad Məmmədov filialın tələbələri qarşısında kulturologiya üzrə mühazi ilə çıxış edib.