This is the heading
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “SABAH Akademiya”nın bu həftəki qonaq mühazirəçisi peşəkar qlobal startap qurucusu, Avropada reytinqdə 1-ci yerdə olan IE Biznes Məktəbində-Venture Lab direktoru, sahibkarlıq və innovasiyalar mərkəzinin direktoru və IE Venture Network-ün direktoru, İE Biznes Məktəbinin professoru Annick Janssens olmuşdur. Mühazirəçi sahibkarlığın nəzəri və praktiki əsasları proqramı çərçivəsində “Biznes model nədir? Biznes modelin əsas aspektləri və nümunələri” mövzusunda olmuşdur. Tələbələr üçün mühazirədən əldə edilən əsas nəticələr Biznes modeli “kanva”ları və dəyər təklifi “kanva”larının komponentlərinin dərk edilməsi, Biznes modelini, dəyər təklifini və vençurların necə gəlir və fayda əldə etdiklərini müəyyən etmək bacarığının dərk edilməsi anlayışları olmuşdur. Tələbələrin aktiv iştirakı ilə keçirilən mühazirənin sonunda onları maraqlandıran suallar cavablandırılmışdır.