Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyətə başlayan “SABAH Akademiya”da dünyanın ən qabaqcıl təhsil və korporativ müəssisələrinin tanınmış nümayəndələri tərəfindən həyata keçirilən “Sahibkarlığ əsasları və biznesə giriş” kursu təşkil edilmişdir.
Kursun məqsədi dünyəvi tədris üsulları ilə gəncləri məlumatlandırmaq, müasir işçi bazarında rəqabətə davamlı kadrların keyfiyyətinin yüksəldilməsi, gəncləri lazımi bilik və bacarıqlarla təmin etməklə davamlı iqtisadi inkişafa töhfə verməkdir. Kursun bu həftəki qonaq mühazirəçisi Stanford universitetinin dekanı, professor Mike Lepech olmuşdur. Professor sahibkarlığın nəzəri və praktiki aspektləri haqqında mühazirə demişdir. Tələbələrin aktiv iştiakı ilə keçirilən mühazirə sonda tələbləri maraqlandıran sual və cavabla bitmişdir.