Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kollektivi mayın 10-da müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Kollektiv Ümummilli Liderin məzarı üzərinə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.