loader image

Dia.edu.az

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 27 may 2022-ci il tarixində “İdarəetmədə yeni trendlər və paradiqmalar” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcəkdir 

       Ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafının idarə olunması müasir texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın formalaşmasını ön plana çəkir. Qloballaşan dünyada yeni iqtisadi çağırışlar davamlı rəqabət üstünlüyü üçün bütün aspektlərdə (texnoloji, bazar, maliyyə və s.) innovasiya fəallığını, iqtisadi və təşkilati-idarəetmə yeniliklərini zəruri edir. 

Konfransın keçirilməsində əsas məqsəd  sosial –  iqtisadi sahə prioritetlərinin reallaşması  istiqamətində perspektiv imkanların öyrənilməsidir.

İdarəetmədə yeni trendlər və paradiqmalar” mövzusunda elmi-praktik konfransın məqsədi professor, müəllim heyəti, tədqiqatçılar, doktorantların,magistrlar, menecerlərin yeni nailiyyətlər və tədqiqatları ilə bağlı təqdimatlarının təqdimi və təcrübə mübadiləsinin aparılmasıdır.

Konfransda iqtisadi inkişafda  yeni layihələr və innovasiyalar təqdim etmək istəyən tədqiqatçılar, professor-müəllim heyəti, mütəxəssislər iştirak edə bilərlər.  

Konfransa aşağıdakı istiqamətlər üzrə məqalələr qəbul olunur:

  1. İnkluziv cəmiyyəytin formalaşması davamlı inkişaf məqsədi kimi 
  2. Dövlət idarəçiliyin yeni texnologiyalar
  3. Müasir sahibkarlıq fəaliyyətində yeni yanaşmalar
  4. Rəqəmsal idarəetmə

Məqalələrin tərtib olunma qaydaları:

Mətnin yığılması-A4-də, hər tərəfdən 2,5 sm, şrift 14pt, interval 1,5, Times New Roman. Məqalələr Мicrosoft Word formatında və seçdiyi bölmə üzrə hazırlanmalıdır. Məqalələr 5-8 səhifədən ibarət olmaqla, azərbaycan və rus  dilində təqdim olunmalıdır.

      Konfrans haqqında məlumat Dövlət İdarəçilik Akademiyasının saytında yerləşdiriləcək. (http://www.dia.edu.az)

Məqalə elektron şəkildə 11.05.2022 tarixindən 25.05.2022 tarixinədək diamanagment@yandex.ru  elektron ünvanına göndəril­məlidir.

Əlaqə telefonu:  (012) 4978331

Ünvan:  Bakı, Lermontov 74

E-mail: diamanagment@yandex.ru  

Məqalənin tərtibi üçün nümunə

 

MƏQALƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı

Elmi dərəcəsi, vəzifəsi

Təmsil etdiyi müəssisənin adı

e-mail

 

Xülasə

Xülasə adi hərflərlə, Məqalənin yazıldığı dildə, 350-400 simvol.

       Açar sözlər: 3-5 söz

 

Məqalənin mətni ….. ……………… ……..

Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.   

 

Ədəbiyyat

 

Təşkilat Komitəsi