loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 28 May – Müstəqillik Gününə həsr edilmiş elmi konfrans

This is the heading

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 28 May – Müstəqillik Gününə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov XX əsrin əvvəllərində olduqca mürəkkəb şəraitdə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi. Rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin aşkara çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət göstərib. Rektor Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Konfransda Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, "Qarabağ İrsini Araşdırma mərkəzi"nin rəhbəri, professor Elçin Əhmədov və digər alimlər məruzə ilə çıxış ediblər. Çıxışlarda 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğu bildirilib.