loader image

Dia.edu.az

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində müasir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Məclisinin, yerli dövlət orqanlarının və ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Rusiya diplomatları, elm xadimləri və soydaşlarımız iştirak ediblər. Xarici Əlaqələr Komitəsi sədrinin vəzifəsini icra edən Arbi Abubakarov Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov konfransda çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin tarixində misilsiz rolundan bəhs edib. Baş konsul Ulu Öndərin müasir dövrdə Azərbaycan-Rusiya münasibətlərinin formalaşması və inkişafında danılmaz xidmətlərini diqqətə çatdırıb. Heydər Əliyevin Sankt-Peterburqda xatirəsinin hər zaman ehtiramla anıldığını qeyd edən S.Qasımov xatırladıb ki, Ümummilli Liderin adı 1949-1950-ci illərdə təhsil aldığı binadakı xatirə lövhəsində əbədiləşdirilib. Diplomat Ulu Öndərin daim xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmləndirilməsinə yönəlmiş siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Konfransda RANEPA-nın Sankt-Peterburq filialının direktoru Andrey Xlutkov, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsinin müavini İqor Demyanenko, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, “Müasir Dövlət İnkişafı İnstitutu” qeyri-kommersiya təşkilatının direktoru Dmitri Solonnikov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin sovet dönəmində və Azərbaycanın müstəqilliyi dövründə keçdiyi həyat yolu və siyasi fəaliyyətindən bəhs edib, Rusiya-Azərbaycan əlaqələrinin inkişafına və möhkəmlənməsinə verdiyi töhfələrdən danışıblar.

Video Tour

Videoya keçid^