loader image

Dia.edu.az

DİN-in əməkdaşları Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov və nazirliyin məsul əməkdaşları iştirak ediblər. Görüşün məqsədi Daxili İşlər Nazirliyi və ona tabe olan digər strukturlarda çalışmaq üçün akademiyada uyğun ixtisaslar üzrə tələbələrin seçimi olub. Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış edərək akademiya haqqında məlumat verib və bu formatda keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Eyni zamanda, DİA-da təhsil alan tələbələrin bilik və bacarıqlarının yüksəl olduğunu bildirib. Rektor Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Daha sonra general-mayor Rafiq Abbasov polis sıralarında xidmət etməyin şərəfli peşə olduğunu qeyd edərək nazirlik olaraq ilk dəfə akademiyada tələbələrlə belə görüşün keçirildiyini bildirib. O deyib ki, nazirliyin əməkdaşları tələbələr arasından istəyi və bacarığı olanları seçdikdən sonra həmin tələbələri qurumda işə dəvət edəcəklər. Müvafiq parametrlərə əsasən seçilmiş tələbələr ilkin olaraq qısa müddətli təcrübə keçdikdən sonra nazirliyə aid müvafiq strukturlarda işlə təmin olunacaqlar. Daha sonra Daxili İşlər Nazirliyinin məsul əməkdaşları çıxışlarında polisdə qulluq keçmənin mahiyyətini izah ediblər, DİN-də fəaliyyət istiqamətləri və onun üstünlükləri barədə tələbələrə geniş məlumat veriblər. Sonra tələbələrin suallarını cavablandırılıb.