2023-cü il mayın 22-26-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), OECD və SİGMA təşkilatçılığı ilə Moldovada “Rəqəmsal Transformasiyalar Akademiyası”nın layihəsi çərçivəsində “Şərq tərəfdaşlığında dövlət xidmətlərinin dizaynı və çatdırılması” mövzusunda keçirilən tədbirdə DİA-nın Elektron idarəetmə şöbəsinin müdiri Sərxanbəy Xuduyev iştirak edib. Təlimlərdə Azərbaycan və Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak edib. İştirakçılar Şərq Tərəfdaşlığı ölkələrində dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi və rəqəmsal alətlərin istifadəsinə dair təcrübələrini paylaşmaqla yanaşı, Estoniya və Ukraynadan olan ekspertlərin iştirakı ilə təlimlərdə də iştirak ediblər.