loader image

Dia.edu.az

Elmi tədqiqatların səmərəliliyinin artırılması məqsədi ilə “Akademik yazı bacarıqları” adlı seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi nəticələrin yüksək təsir əmsallı (impact factor) jurnalların tələblərinə uyğun tərtib olunması məqsədi ilə seminar keçirilib. Seminar “İntellektual sistemlərin idarə olunması” kafedrasının müdiri, dosent Elvin Əzizbəyov tərəfindən aparılıb. Məqsəd elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi nəticələrin yüksək təsir əmsallı (impact factor) jurnalların tələblərinə uyğun tərtib olunması və DİA- nın əməkdaşlarının elmi məqalələrinin Web of Science, Scopus, Springer və s. kimi elmmetrik bazalarda indekslənən jurnallarda nəşr olunması məsələləri ilə əlaqədardır. Seminarda DİA-nın rektoru akademik Urxan Ələkbərov dahi şəxsiyyət Heydər Əliyevin elmə və təhsilə verdiyi müstəsna tarixi xidmətlərindən danışıb, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan elmində əsaslı dönüşün yarandığını qeyd edib. O, ölkəmizdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib. Rektor Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. Əldə edilən uğurların əsasında elmi əsaslandırma və yanaşmanın dayandığını qeyd edib. “Akademik yazı bacarıqları” adlı seminarda DİA-nın professor-müəllim heyəti, dostorantlar və magistrlar iştirak edib. Sonda iştirakçıların sualları cavablandırılıb.