Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş
keçirilib.
Tədbir Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri haqqında
gənclərin məlumatlandırılması olub. Görüşdə DİA-nın professor-müəllim
heyəti, tələbələri iştirak ediblər.
Tədbir öncə Şəhidlərin xatirəsi yad edilib və Dövlət Himni səslənib.
DİA-nın rektoru akademik Urxan Ələkbərov çıxış edərək Ümummilli Lider
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın
qazandığı nailiyyətlərə diqqət çəkib. O, Zəfərin cəmi 44 günə qazanılmasını
və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının
innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.
Akademik U.Ələkbərov cıxışını işğaldan azad olunmuş ərazilərdə aparılan
quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi
uğurlar, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi
nailiyyətlər barədə elmi təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb.
Daha sonra Hərbi Elmi Tədqiat İnstitutunun rektoru, general mayor Arif
Həsənov, Vətən müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov, 1-ci
dərəcəli kapitan, professor Nurulla Əliyev, Siyasi idarəetmə və politologiya
kafedrasının müəllimi, politoloq Zaur Məmmədov, dosent Yusif Ağayev və
digərləri çıxış ediblər. Görüşün sonunda dinləyicilərin sualları
cavablandırılıb.