14 noyabr 2023-cü il tarixində Azərbaycan Prezidenti yanında Dövlər İdarəçilik Akademiyasının I və IV qrup tələbələri və Hüquq kafedrasının müəllimi h.ü.f.d Cəfərova Reyhan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində olublar. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər. Tələbələrin bu sərgidə iştirakının məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu göstərmək,ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.Həmçinin tələbələr “Vətən savaşı tarixi” kitabının təqdimatında iştirak edib,müəlliflərə sual verib ,foto çəkdiriblər.