Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələrin səmərəliliyinin artırılması, qarşılıqlı təcrübənin bölüşülməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. 13-17 noyabr tarixlərində Dövlət İdarəçilik Akademiyasında Türkiyənin Anadolu Universitetinin dosenti Emrah Ayhanın Dövlət idarəçiliyi ilə əlaqədar müxtəlif mövzularda mühazirəsi dinlənilib.
Erasmus (Erasmus+Mobility Agreement Staff Mobility for Teaching) proqramı çərçivəsində tələbələr üçün nəzərdə tutulan mühazirənin məqsədi dövlət idarəçiliyi sahəsində yeni təcrübələri bölüşmək, dijital idarəetmə üsulları barədə gəncləri məlumatlandırmaq, onları yeni bilik və bacarıqlarla tanış etmək olub. Mühazirənin sonunda Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov “Erasmus+Mobility Agreement Staff Mobility for Teaching” proqramı çərçivəsində mühzirənin uğurla keçdiyini qeyd etmiş, sonda dosent Emrah Ayhana sertifikat təqdim etmişdir.