loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası ECAR Erasmus+layihəsinə tərəfdaş seçilib

Azərbaycan Respublika¬sının Prezidenti yanında Dövlət İdarəçilik Akade¬miyası səsvermə yolu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən ECAR (Establishment of Rectors Conference in Azerbaijan / Azərbaycanda Rektorlar Konfransının Yaradılması) layihəsinə assosiativ tərəfdaş seçilib.

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi aparıcı Avropa universitetləri ilə əməkdaşlıq çərçivəsində onların təcrübələrini öyrənmək, bu təcrübəni Azərbaycan ali təhsil sferasında tətbiq etməklə Avropa Ali Təhsil Məkanının (EHEA) və Boloniya Prosesinin prinsip və tələblərinə uyğun olaraq keyfiyyətin yüksəldilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və qlobal inteqrasiyasına nail olmaq məqsədi daşıyır.

Layihənin əsas komponentlərindən biri universitetlərarası əməkdaşlıq və ali təhsil sahəsində milli şəbəkələşməni gücləndirmək olduğundan Dövlət İdarəçilik Akademiyası da bu layihəyə assosiativ tərəfdaşlıq üçün müraciət etmiş və 21 noyabr 2023-cü il tarixində layihə tərəfdaşlarının səsverməsi əsasında Avropa Komissiyası tərəfindən Akademiyanın ECAR layihəsinə assosiativ tərəfdaşlığı təsdiq olunmuşdur.