Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin tələbəsi internet olimpiadasının qalibi olmuşdur.
MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) təşkilatçılığı ilə “Dünya ölkələrinin seçki sistemləri” IV Beynəlxalq tələbə internet-olimpiadası keçirilmişdir. Akademiyanın Siyasi idarəetmə fakültəsinin Politologiya ixtisasının II kurs tələbəsi Qasımzadə Hüseyn Fuad oğlu 1-ci yer tutaraq internet-olimpiadanın qalibi olmuşdur.
Qeyd edək ki, Akademiyanın 25 tələbəsi internet olimpiadada iştirak etmişdir. Həmin tələbələrdən 5-i ilk 10-luğa daxil olaraq diplom və hədiyyələrlə təltif edilmişdir. Müvafiq olaraq, Politologiya ixtisasının III kurs tələbəsi Əlişeva Cəmilə İlham qızı 3-cü yer, İctimai siyasət ixtisaslaşmasının I kurs tələbəsi Məmmədzadə Vüsal Hikmət oğlu 4-cü yer, Politologiya ixtisasının II kurs tələbəsi Ədilova Zəhra Qədir qızı 5-ci yer və Politologiya ixtisasının II kurs tələbəsi Tağıyev İlkab Sərdar oğlu 8-ci yer tutmuşdur.