Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Dillər
kafedrası”nın müəllimləri üçün təlim keçirilib. Təlim Kanadanin Kalqari şəhərində yerləşən
Kolumbiya Kollecinin baş müəllimləri Simon Best və Fəridə Ağammədova tərəfindən təqdim
edilib. Təlimin məqsədi ingilis dilinin tədrisi üzrə materiallarının hazırlanması istiqamətində
süni intellektin imkanlarından istifadəyə həsr olunub. Təlim iştirakçıları süni intellektin ingilis
dilinin tədrisində müsbət və mənfi tərəflərini müzakirə edib, nəticələrin effektivliyi üçün
metodologiyanı öyrəniblər. Eyni zamanda təlimdə iştirakçılar əsas mülahizələri nəzərə alaraq,
xarici dil təhsilini təkmilləşdirmək üçün süni intellektdən istifadə etməklə bağlı praktiki
anlayışların önəmi haqqında geniş məlumat əldə ediblər.
Təlimin sonunda Kolumbiya Kollecinin müəllimləri tərəfindən iştirakçıların sualları
cavablandırılıb.