Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbələri intelektual müsabiqədə ikinci yer tutaraq növbəti mərhələyə keçiblər Dekabrın 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqənin ilk mərhələsi keçirilib. Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), DİA – Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA University, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universiteti – NDU-nun Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Müsabiqədə DİA-nı Siyasi idarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasının III kurs tələbələri Ağarzayeva Tamara Mehran qızı, Hüseynli Anar Azər oğlu, İbrahimli Leyla Zaur qızı, Nadirova Ləman Azad qızı və Paşayeva Fidan Mütalib qızı təmsil edib. Dövlət İdarəçilik Akademiyasının komandası 41 bal ilə 9 komanda arasında ikinci yerdə qərarlaşaraq növbəti mərhələyə keçib. Müsabiqənin ikinci mərhələsi dekabrın 16-da, final yarışı isə dekabrın 23-də təşkil ediləcək.
- 19 Dek
- 2023