loader image

Dia.edu.az

DİA əməkdaşı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunan təlimdə iştirak edib

Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyov 11-16 dekabr 2023-cü il tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən Şərq Tərəfdaşlığı Ölkələrində Elektron İdarəetmə və Rəqəmsallaşma layihəsi çərçivəsində təşkil olunan Açıq verilənlər (Open data) mövzusunda beynəlxalq təlimdə (Study visit) iştirak edib. Estoniyanın Respublikasının Tallin və Finlandiya Respublikasının Helsinki şəhərlərində Azərbaycan və Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə rəqəmsal cəmiyyətin təşviq olunması, kibertəhlükəsizlik və kibergigiyena məsələləri, açıq verilənlərin toplanması, emalı, akkumlyasiyası və qorunması, açıq verilənlərin dövlət idarəçiliyində və özəl sektorda istifadəsi məsələləri ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Təlim zamanı Estoniyanın və Finlandiyanın müxtəlif əlaqəli nazirlikləri, universitetləri, Data mərkəzləri, müvafiq dövlət xidmətləri, e-hökumət agentlikləri, milli kibertəhlükəsizlik mərkəzlərində görüşlər təşkil olunub və bu ölkələrin elektron hökumət təcrübələri öyrənilib.