loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının müəlliminin məqaləsi Scopus elmmetrik bazası tərəfindən indekslənən jurnalda dərc edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Yusif Hüseynovun “The Development of a Disaster Risk Reduction Policy in Azerbaijan” adlı məqaləsi Scopus elmmetrik bazası tərəfindən indekslənən “Public Policy and Administration (SJR: 0.144 / SNIP: 0.297, Q3)” elmi jurnalında nəşr edilmişdir.

Məqalədə Azərbaycan Respublikasının davamlı inkişafı üçün fəlakət risklərinin azaldılması sahəsində ölkənin risk profili, onun planlaşdırma prosedurları tədqiq edilmiş və Azərbaycanın fəlakət risklərinin azaldılması üzrə ilk milli proqramının strateji üsulları işlənib hazırlanmışdır.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiz: 

https://ojs.mruni.eu/ojs/public-policy-and-administration/article/view/7232