loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 20 Yanvara həsr olunmuş elmi-praktik konfrans keçirilib

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında 20 Yanvara həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad ediblər.

Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi
qanlı hadisələrdən danışıb. Qeyd olunub ki, 20 Yanvarda Azərbaycan xalqına qarşı
törədilmiş bu cinayət həm də bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilib.
U.Ələkbərov vurğulayıb ki, faciənin ertəsi günü ulu öndər Heydər Əliyev Azərbaycanın
Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək qanlı faciəni törədənlərə qarşı kəskin
etirazını bildirib, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib.
Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini xatırladan
rektor bu qanlı hadisənin heç zaman yaddan çıxmayacağını bildirib.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən akademik U.Ələkbərov Ulu
Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini
vurğulayıb. 
Tədbirdə Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri professor Hikmət Babaoğlu,
Qarabağ İrsini Araşdırmalar Mərkəzinin müdiri professor Elçin Əhmədov, Tarix
kafedrasının müdiri dosent Firdovsiyə Əhmədova və başqaları 20 Yanvar hadisələrinin
dəhşətlərindən bəhs edib, şəhidlərin xatirəsinin daim əziz tutulacağını bildiriblər, bu
tədbirlərin keçirilməsi yetişməkdə olan gənc nəsil üçün əhəmiyyətini qeyd ediblər.