31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası və Rusiya Federasiyasının Prezidenti
yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının birgə
təşkilatçılığı ilə “Dövlətin davamlı inkişaf maraqlarının təmin olunmsı üçün
informasiya siyasətinin formalaşmasında təhsilin rolu” mövzusunda onlayn
elmi konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Əlkbərov, Tarix
kafedrsının professoru Fuad Məmmədov və Beynəlxalq münasibətlər və
xarici siyasət kafedrasının müdiri, professor Namiq Əliyev məruzələrlə çıxış
ediblər.
Konfransda müxtəlif ölkələrdən olan alimlərin məruzələri dinlənilib.
(8. 248) Comments