loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında təlim: Yeni çağırışlar kontekstində gənclər siyasəti

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Yeni çağırışlar kontekstində gənclər siyasəti” mövzusunda onlayn təlim keçirilib.

Dinləyicilər qarşısında çıxış edən Dövlət İdarəçilik Akademiyasının Politologiya kafedrasının baş müəllimi, Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov ölkədə gənclər siyasətinin əsas istiqamətləri, Azərbaycanın sosial-iqtisadi inkişafında gənclərin rolu, eləcə də gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlar barədə məlumat verib. Təlim proqramının iştirakçıları interaktiv təlimlərin gənclər təşkilatlarının institusional və metodiki inkişafı, gənclər sektoru üzrə mütəxəssislərin və bacarıqlı insan resurslarının hazırlanması və dövlət tərəfindən yaradılan müvafiq inkişaf alətləri barədə məlumatlılığın artırılması baxımından xüsusi əhəmiyyəti olduğunu vurğuladılar. Təlimdə Azərbaycanda könüllülük hərəkatı, gənclərin ideya və təşəbbüslərinin reallaşmasına dövlət dəstəyi mexanizmləri, gənclərlə iş sahəsində beynəlxalq təcrübə, eləcə də, gənclərdə dövlətçilik və vətənpərvərlik şüurunun formalaşmasının əhəmiyyətindən danışıb. Sonra iştirakçıların sualları cavablandırılıb.