Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA)
Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyovun
həmmüəllifi olduğu “Simultaneous identification of the right-hand side and time-
dependent coefficients in a two-dimensional parabolic equation” (“İkiölçülü parabolik
tənlikdə sağ tərəfin və zamandan asılı əmsalların təyin edilməsi”) adlı məqalə Web of
Science elmmetrik bazası tərəfindən indekslənən Q1 kateqoriyalı (Riyaziyyat və Tətbiqi
riyaziyyat sahələri üzrə) “Mathematical Modelling and Analysis” (“Riyazi Modelləşdirmə
və Analiz”) adlı beynəlxalq jurnalda dərc olunub (Journal Citation Reports®, Science
Citation Index Expanded, Impact factor: 1.603).
(1. 238) Comments