loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında professor Dilarə Seyidzadə ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”nin növbəti qonağı tarix elmləri doktoru, professor Dilarə Seyidzadə olub. Tədbirdə DİA-nın professor, müəllim, tələbə heyəti iştirak edib. Görüşdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov qonağı salamlayıb. Rektor Akademiyada həyata keçirilən tədbirlərdən danışıb. Müstəqil dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Rektor çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. Ulu Öndərin misilsiz tarixi xidmətlərindən danışan U.Ələkbərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttini əzmlə davam etdirir. Dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, ölkəmizin dünyaya tanıdılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər olduqca təqdirəlayiqdir.  Rektor qeyd edib ki, görüşün gənclər üçün xüsusi əhəmiyyəti var. 1-ci dərəcəli dövlət müşaviri, "Şərəf" və "Şöhrət" ordenli professor Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin köməkçisi-Prezidentin Katibliyinin rəisi kimi uzun illər fəaliyyət göstərib. Rektor qeyd edib ki, Dilarə xanım yüksək dəyərlərə sahib bir şəxsiyyətdir. Bu gün onunla ünsiyyət son dərəcə maraqlı və faydalıdır. Professor Dilarə Seyidzadə göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ona görə də Ulu Öndərin iris tədris olunmalı və öyrənilməlidir. Onun həyat və fəaliyyəti gənclər üçün nümunədir. Heydər Əliyevin böyük dühası haqqında danışan professor D.Seyidzadə onun çox humanist, müdrik və cəsarətli bir şəxsiyyət olduğunu bildirib, onunla bağlı xatirələrini bölüşüb. Sonra görüş iştirakçıların sualları ilə davam edib.