Dövlət İdarəçilik Akademiyasının müəllimi “Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” ali yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə Dövlət İdarəçilik Akademiyasının sosial iş, təlim-tərbiyə və təşkilatı işlər üzrə müşaviri, “Politologiya” kafedrasının müəllimi Zaur Məmmədov yubiley medalı ilə təltif edilib. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. Həmkarımızı təbrik edir ona gələcək işlərində uğurlar arzulayırıq.