Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov 26-29 mart 2024-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası (РАНХиГС) tərəfindən təşkil olunmuş MDB ölkələrində fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyalarının birgə forumu və “İdarəçilik sistemində şəxsiyyət” mövzusunda keçirilmiş ənənəvi elmi praktik konfransda iştirak etmişlər. Səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında qarşılıqlılıq prinsipi əsasında akademik mübadilələr, tədris təcrübəsi, birgə elmi tədqiqatlar sahəsində professor-müəllim heyətinin mübadiləsi, dövlət idarəçiliyi üzrə əlavə peşə təhsili sahələrində birgə təhsil və tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi, dövlət idarəçiliyi sahəsində birgə tədqiqatların və nəşrlərin həyata keçirilməsi, birgə elmi konfranslar və seminarların təşkili və keçirilməsi ilə bağlı anlaşma memorandumu imzalanmış və rektor akademik Urxan Ələkbərov “İdarəçilik sistemində şəxsiyyət” mövzusunda keçirilən elmi praktik konfransın panel bölmələrində məruzələrlə çıxış etmişdir. Ezamiyyət zamanı Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının rektoru və digər MDB ölkələrinin Dövlət İdarəçilik Akademiyalarından dəvət olunmuş bəzi rektorlarla gələcək əməkdaşlıq imkanları və perspektivlərlə bağlı müzakirələr aparılmışdır.
- 01 Apr
- 2024