Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi beynəlxalq elmi konfransda çıxış etmişdir
Siyasi idarəetmə fakültəsinin Politologiya ixtisasının üçüncü kurs tələbəsi Alməmmədov Murad Nofəl oğlu XV “UMTEB” beynəlxalq elmi konfransında "Why states succeed or fail: understanding the factors behind governance outcomes" adlı məqalə ilə çıxış edərək özünün müəllifi olduğu “Siyasi sitemlərin metobolizması” adlı nəzəriyyəni təqdim etmişdir. 24-26 mart tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən konfransda 22 ölkədən məruzəçilər iştirak etmişdir. Qeyd edək ki Alməmmədov Murad “Heydər Əliyev adına təqaüd”ün qalibi olmuşdur.