Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün "Karyera planlaması" mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan VI kurs tələbələri üçün "Karyera planlaması" mövzusunda təlim keçirilib. Təlim Karyera və İşə Hazırlıq Mərkəzinin rəhbəri Şahin Sərdarlı tərəfindən təqdim edilib. Mühazirədə düzgün karyera planlaması, şirkətlərin təcrübə tələbi, peşəkar CV tərtibatı, işə müraciət qaydaları, iş müsahibəsinə praktik hazırlıq, karyera yüksəlişi və digər mövzularda geniş fikir mübadiləsi aparılıb. Həmçinin iş zamanı mütəxəssislərin qarşılaşdıqları çətinliklər, problemin həlli, subardinasiya və daxili nizam-intizam qaydaları barədə danışılıb. İnteraktiv dərs tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb. Təlimdə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, h.e.d. professor İsaxan Vəliyev də iştirak edib. O, tələbələrin Karyera istiqamətində atdıqları uğurlu addımlardan danışıb və belə tədbirlərin tələbələr üçün əhəmiyyətini qeyd edib. Təlim DİA-da "Karyera planlaması" fənnini tədris edən "Hüquq" kafedrasının müəllimi Reyhan Cəfərova tərəfindən təşkil edilib.