Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. U.Ələkbərov müasir şəraitdə ekologiyanın, ətraf mühitin qorunmasının önəmli məsələ olduğunu qeyd edib, Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətindən danışıb. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, lll dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov ekoloji məsələlərdən, iqlim dəyişikliyinin yaratdığı problemlərdən danışıblar, təbiətin, ekologiyanın çirklənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, COP29-un ölkəmizdə təşkil olunması əlamətdar hadisədir. Sonra Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “COP29-a Azərbaycanın ev sahibliyi tarixi-siyasi reallığın diktəsidir”, Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyevin “Ekoloji təhlükəsizlik prinsipi və sağlam ətraf mühitdə yaşamaq hüququ”, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru, I dərəcəli hüquqşünas Nigar Əfkərovanın “Tarixi və təbiət obyektlərinin mühafizəsində beynəlxalq təşkilatların rolu”, DİA-nın hüquq kafedrasının müdiri professor İsaxan Vəliyevin “Ekoloji təhlükəsizliyin təmin edilməsi Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi”, dosentlər Mahir Tağıyevin “Ekoloji təhlükəsizliyin təminatı inzibati hüquq müstəvisində”, Samirə Babayevanın “Cinayət qanunun təkmilləşdirilməsinin aktual məsələləri: ekoloji cinayətlər kontekstində”, hüquq üzrə fəlsəfə doktoru Fuad Süleymanovun “Ekoloji təhlükəsizliyin beynəlxalq hüquqi tənzimlənməsi” mövzularında məruzələri dinlənilib.
- 24 Apr
- 2024