26 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki
konfransı keçirilmişdir. Hesabat seçki konfransında Dövlət İdarəçilik
Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Dövlət
İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
baş mühasibi İradə Paşayeva iştirak etmişlər. Yığıncaq qaydalara uyğun
obyektiv keçirilmiş və gündəlikdə duran bütün məsələlər barədə qərarlar qəbul
edilmişdir. Kollektivin dəstəyini yenidən qazanan dosent Yusif Ağayev sədr
seçilmişdir.