.
Dövlət İdarəçilik Akademiyasının dosenti Ş.N. Yaqizarovun “Azərbaycanın Prezidentlik İnstitutu və onun ölkənin imicinin formalaşmasında rolu” adlı monoqrafiyası çap olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dosenti Şapi Yaqizarovun “Azərbaycanın Prezidentlik İnstitutu və onun ölkənin imicinin formalaşmasında rolu” adlı monoqrafiyası çap olunmuşdur. Oxuculara təqdim olunan bu kitab müasir şəraitdə Azərbaycan cəmiyyətində gedən transformasiya proseslərinə həsr olunubdur. Kitabda Azərbaycanda Prezidentlik institutunun yaradılması və inkişafı məsələləri araşdırılır. Bundan əlavə, kitabda xarici siyasət arenasında Azərbaycanın mövqeyinə dair, eləcə də onun imicini formalaşdıran dövlət siyasətinin təkmilləşdirilməsi istiqamətində məsələlərə diqqət verilmişdir. Azərbaycanda medianın fəaliyyətinin konstitusiya-hüquqi əsasları üzə çıxarılaraq tədqiq edilmiş və bu cəhətdən Azərbaycanın informasiya siyasəti və informasiya müharibələri araşdırılmışdır. Tarixçilər, politoloqlar, diplomatlar və hüquqşünaslar üçün də maraqlı olacaq bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulubdur.