loader image

Dia.edu.az

Baş Prokurorluqda “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib

Mayın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Seminar keçirilib. Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tədbirin əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş işlər və həyata keçirilən tədbirlər, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmi barədə məlumat verib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirə ilə çıxış edib. DIA-nın Hüquq kafedrasının və Baş Prokurorluğun Eım-Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov və Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov çıxış etmişlər.