Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransa DİA-nın müşaviri, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Zaur Məmmədov moderatorluq edib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın sürətli strateji inkişaf planlamalarından danışıb. Həmçinin Qərbi Azərbaycandan olan insanların hüquqlarının bərpa olunması ilə bağlı fikirlər yürüdüb. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri vəzifəsini icra edən Kamal Cəfərov Qərbi Azərbaycan mövzusunun aktuallığı və bu istiqamətdə fəaliyyət haqqında ətraflı məlumat verib. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Naqif Həmzəyev Qərbi Azərbaycan həqiqətləri və bu amal uğrunda həyata keçirilən fəaliyyətlərdə gənclərin önəmli rolundan bəhs edib. Qərbi Azərbaycan İcmasının Aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquluyev “Qərbi Azərbaycan həqiqətləri” haqqında təqdimat edib. Tarix elmləri doktoru Vaqif Qafarov isə “Qərbi Azərbaycan həqiqətləri: tarix və müasirlik” mövzusunda məruzə edib.
- 23 May
- 2024