loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının müəllimi xarici ölkələrdən olan tələbələrinə akademik mühazirələr keçirmişdi

Akademiyanın və Estoniya Respublikasının Tallin Universitinin Gənclərlə iş fakültəsinin təşəbbüsü ilə ərsəyə gələn Erasmus müəllimlərin mübadiləsi layihəsi çərçivəsində Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Fərid Quluzadənin Tallin Universitetinin Erasmus tələbələri və xarici ölkələrdən olan tələbələrinə “Azərbaycan Respublikasının gənclərlə iş sahəsində təcrübəsi”, “Azərbaycanın müasir gənclər siyasəti” və “Dövlət qurumlarında gənclərin rolu” mövzularında iki həftəlik akademik mühazirələri keçirilmişdir. Mühazirələr çərçivəsində, 90-cı illərdə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti və gənclərə müstəqillik dövründə göstərilmiş qayğıdan, eyni zamanda son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin inkişafına göstərdiyi dəstək və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gənclərə göstərdiyi qayğıdan bəhs edilmişdir.