DİA-nın doktorantı dissertasiyasını uğurla müdafiə etmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Hüquq" kafedrasının doktorantı, hüquq üzrə fəlsəfə doktoru, kafedranın dosenti Qədirov Asif Xanoğlan oğlu "Azərbaycan Respublikasında cinayət prosesinin konstitusion-hüquqi tənzimlənməsi" mövzusunda olan doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 08.05.2024-cü il tarixli qərarı ilə ona hüquq elmləri doktoru elmi dərəcəsi verilmişdir. Hüquq kafedrası kollektivi olaraq dəyərli Asif müəllimi səmimi qəlbdən təbrik edir,gələcək fəaliyyətlərində də xoş nailiyyətlər əldə etməsini arzulayırıq!