İyunun 4-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən “Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi texnologiyaları: COP29-a aparan yol” mövzusunda təqdimat keçirilib.
Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), COP29 Azərbaycan Əməliyyat Şirkəti, Media Təhlil Mərkəzinin əməkdaşları və RİİB könüllülərinin iştirak etdiyi təqdimatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2004-cü ildən həyata keçirilən çoxşaxəli tədbirlər, peşəkar idarəçilik, ölkəmizin malik olduğu resurslardan və imkanlardan effektiv və səmərəli istifadə sayəsində Azərbaycanın davamlı inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, iqlim dəyişikliyi təsirlərinin və karbon emissiyasının azaldılmasında əldə olunan nəticələrdən, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində görülmüş irimiqyaslı layihələrdən bəhs edilib, mötəbər beynəlxalq təşkilatların, o cümlədən Dünya İqtisadi Forumunun yekunlarına dair müqayisəli göstəricilərə geniş yer ayrılıb.
- 05 İyn
- 2024