Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri,
dosent Elvin Əzizbəyov 20-25 may 2024-cü il tarixlərində Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən Şərq Tərəfdaşlığı (EaP) proqramı çərçivəsində
Almaniyanın Berlin şəhərində təşkil olunmuş “Dövlət sektorunda verilənlərin idarə
olunması” adlı təlim proqramında iştirak edib.
Almaniyanın Hertie İdarəçilik Məktəbində Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına
üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə
məlumatların toplanması, çeşidlənərək kataloqlanması, qorunması və dövlət sektorunda
istifadə olunması üsulları haqqında mühazirələr dinlənilmişdir. Təlimin sonuncu günü
iştirakçılar qrup və fərdi şəkildə öyrəndikləri mövzulara aid verilən tapşırıqları həll
edərək təlimçilər və iştirakçılar üçün təqdimat etmişlər.
Təlim zamanı iştirakçılar Berlin şəhərindəki City Lab adlı məlumat mərkəzində olmuş və müasir texnoloji yeniliklərlə tanış olmuşlar.