loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Atropatena adlı dövlətin yaranması və tarixi şəraiti” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının təşkilatçılığı ilə iyun ayının 10-da “Azərbaycan tarixinin dövrləşməsi və dövlətçilik mərhələləri” layihəsi çərçivəsində “Atropatena adlı dövlətin yaranması və tarixi şəraiti” mövzusunda elmi seminar keçirilmişdir. Mövzu üzrə məruzəçi tarix elmləri doktoru Həsən Həsənov olmuşdur. Həsən Həsənov Atropatena ilə bağlı qədim mənbələrin verdiyi məlumatları müqayisəli məzmunda şərh edərək seminar üzvlərinin diqqətinə çatdırmışdır. Məruzəçi Strabonun mətninə istinad edərək Atropatena yeni dövlət olaraq yaranıb, yoxsa əvvəllər nə vaxtsa mövcud olan dövlətin müstəqilliyi bərpa olunub və Atropatena dövlətinin adı Atropatın şərəfinə verilib, yoxsa Atropat tərəfindən verilib? sualları ətrafında seminar iştirakçılarının suallarını cavablandırmışdır. Seminarda tanınmış ziyalılar, elm adamları, ictimai xadimlər iştirak etmişdir. Seminarda həsr olunan mövzuya aid Strabonun elmimizdə qüvvədə olan məlumatının müzakirəsi zamanı şərh verən çıxış edənlər (millət vəkili, professor Səməd Seyidov, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, professor Şahlar Əsgərov, tarixçi alim-diplomat Cavanşir Axundov və digərləri) həm də məruzəçinin bildirdiyi mənbələrə istinad edərək Atropatena dövlətinin, Assuriya dövlətinin süqutundan sonra, yəni eramızdan əvvəl VII əsrdə yarandığı və Makedoniyalı İsgəndərin vəfatından sonra isə müstəqil bir ölkəyə çevrildiyi haqqında H.Həsənovun tədqiqatının nəticələrini əsaslı hesab etmişlər.