Dövlət İdarəçilik Akademiyasının məzunu ABŞ-ın Con Hopkins Universitetinə qəbul olub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Murad Əzimzadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-ın Con Hopkins Universitetində, “Whiting School of Engineering”də kompüter elmləri ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub. M.Əzimzadə 2020-2024-cü illərdə Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alıb və bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib.