loader image

Dia.edu.az

DİA-nın məzunu Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetinə qəbul olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Səkinə Əlizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə ABŞ-ın Nyu-York Universiteti Tandon Mühəndislik Məktəbində kompüter mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb. Səkinə Əlizadə 2020-2024-cü illərdə Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alıb və bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib.