loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının əməkdaşı uğur qazanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının əməkdaşı Əsədova Ellada bu il Bakı dövlət Universitetinin “Mülki hüquq: sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” ixtisaslaşması üzrə ən yüksək balla doktorantura pilləsinə daxil olmuşdur. O, 2018-2022-ci illərdə DİA-nın Siyasi İdarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il BDU-nun “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistratura pilləsinə daxil olmuş, 2024-cü ildə həmin ixtisaslaşmanı fərqlənmə diplomu ilə bitirmişdir.