Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və Xarici siyasət” kafedrasının müəllimləri s.e.f.d., dos. Nəsrin Süleymanova və həmin kafedranın müəllimi Səbinə Mustafayeva Rumıniyanın Tarqoviştə şəhərində keçirilən 10-cu Beynəlxalq “EMI” Sahibkarlıq və Sosial Elmlər Konqresində iştirak ediblər. Rumıniyanın Tarqoviştə şəhərində 10-14 sentyabr 2024-cü ildə öz sahəsinin dünyada mühüm elmi toplantılarından biri olan 10-cu Beynəlxalq “EMI” Sahibkarlıq və Sosial Elmlər Konqresi keçirilib. Dörd gün davam edən konqresdə 186 qurum və 22 ölkədən 487 akademikin hazırladığı 295 məruzə üz-üzə və onlayn şəkildə təqdim edilib. Rumıniyanın Tarqovişte şəhərindəki Valahia Universitetində keçirilən konqresdə Azərbaycan ilə yanaşı Türkiyə, Rumıniya, Özbəkistan, İngiltərə, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Hindistan, Norveç, Ukrayna, İtaliya, Yeni Zelandiya, Argentina, Qazaxıstan, Pakistan, Bəhreyn, Mərakeş və Nigeriyadan olan alimlər akademik tədqiqatlarını həmkarları ilə bölüşmək imkanı əldə ediblər. Konqresin prezidenti prof. dr. Himmet Karadal və Valahia Universiteti professoru Dumitru Goldbach EMI konqreslərinin sosial sahədə mühüm araşdırmaların aparıldığı mühüm platformaya çevrildiyini və yeni ideyalar müzakirə olunduğunu qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və Xarici siyasət” kafedrasının müəllimləri s.e.f.d., dos. Nəsrin Süleymanova və həmin kafedranın müəllimi Səbinə Mustafayeva konferans mövzusuyla bağlı çıxışlar və məruzələr, eləcə də təqdimatlar etmişlər. Konfransın sonunda Siyasi idarəetmə fakültəsinin dekanı dos. Murtəza Həsənoğlunun və dos. Nəsrin Süleymanovanın təqdim etdiyi “COP29 at the Glance of Global cooperation and İnternational security” mövzusu Certificate of Best Paper awards ilə təltif edilib.
- 18 Sen
- 2024