loader image

Dia.edu.az

DİA Avropa Kommisiyası tərəfindən maliyyələşdirilən beynəlxalq qrant proqramında iştirak etmək hüququ qazanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlığı ilə 2024-cü ilin fevral ayında Avropa Komissiyasının Erasmus+ qrant proqramına təqdim olunan EDGE (Azərbaycan Universitetlərinin Beynəlxalq Rəqabət qabiliyyətini Daxili Beynəlmiləlləşmə Strategiyası vasitəsilə effektiv Artırırlması) adlı layihə komissiya tərəfindən qiymətləndirmədən uğurla keçərək qrant dəstəyi əldə etmişdir. Layihə, Azərbaycan universitetlərinin beynəlxalq rəqabətliliyini artırmaq məqsədilə beynəlmiləlləşmə strategiyalarının və fakültə inkişafının təmin  edilməsi, Ali təhsil müəsissələrinin beynəlxalq nüfuzunun artırılması, akademik və inzibati heyətin beynəlmiləlləşmə sahəsində bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı çətinlikləri aradan qaldırmağı hədəfləyir.
Bakı Biznes Universitetinin koordinatoru olduğu layihədə konsorsium aşağıdakı yerli və beynəlxalq tərəfdaşlardan ibarətdir:


1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
2. Təhsildə Keyfiyyət Təminatı Agentliyi;
3. Bakı Slavyan Universiteti;
4. Azərbaycan İdman Akademiyası;
5. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası;
6. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası;
7. Kral Texnologiya Universiteti – İsveç;
8. Jaen Universiteti – İspaniya;
9. Avropa İdarəetmə İnkişaf Fondu (EFMD) – Belçika;
10. Beynəlxalq Helenik Universiteti – Yunanıstan.