loader image

Dia.edu.az

Dövlət idarəçilik Akademiyasının əməkdaşlarının məqaləsi “Journal of Modern Technology and Engineering”  (ISSN 2519-4836) jurnalında dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının “İntellektual sistemlərin idarə olunması” kafedrasının müdiri, dosent Elvin Əzizbəyov və kafedranın dosenti Gülnar Mirzəyevanın həmmüəlləri olduqları “Cyber hygiene in Public Administration of Azerbaijan: Ensuring Data Security” (“Azərbaycan Dövlət İdarəçiliyində Kibergigiyena: Məlumat təhlükəsizliyinin təmin edilməsi”) adlı elmiməqaləsi “Journal of Modern Technology and Engineering”  (ISSN 2519-4836)jurnalında dərc olunub.


Elmi məqalədə Azərbaycanın dövlət idarəçiliyində kibergigiyenanın əhəmiyyətindən bəhs edilir və məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün qabaqcıl təcrübələr təsvirolunur.

Kibergigiyena eyni şəkildə zərərli proqram infeksiyalarının, həmçinin kiber müdaxilələrin və məlumatların itirilməsinin və ya korrupsiyasının qarşısını almaq və sağlam kiber mühiti qorumaq üçün nəzərdə tutulan təcrübələrə aiddir. Nəzərə alsaq ki, bütün təşkilatlar bu gün iş mühitindən asılı olaraq informasiya texnologiyaları sistemlərindən istifadə edirlər, onların hamısı informasiya sistemlərinin fəaliyyətinə mane ola biləcək və ya məlumatlara girişi əngəlləyə biləcək müxtəlif kiberhücumlara məruz qalmaq riski altındadır. Məqalə, Azərbaycanda dövlət idarəçiliyi kibergigiyenanı təmin etmək üçün müxtəlif standartlar və siyasətlərin araşdırılmasına, hökumət müəssisələri tərəfindən görülən tədbirlərin və dövlətin informasiya təhlükəsizliyi ilə bağlı strateji məqsədlərinin öyrənilməsinə həsr olunmuşdur.
Məqaləni oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:


http://jomardpublishing.com/journals.aspx?lang=en&id=1&menu=8&type=last