loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbəsi Gənc Qızların Təhsilinə Dəstək” layihəsi üzrə təqaüd qazanıb

14 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda fəaliyyətə başlayan qızlar məktəbinin yaranmasının 100 illiyi ərəfəsindən balşayan və 4 ildir ki, həyata keçirilən “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi uğurla davam edir. Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsi Politologiya ixtisasının 1 kurs tələbəsi Məmmədova Lamiyə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təqaüdə layiq görülüb. Ali təhsil müəssəsisələrinin rektorlarının və digər məsul şəxslərin iştirakı ilə 50 nəfər qıza sertifikat və gül dəstələri təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.